“Tələbə-məzun” sisteminə qoşulan qurumların sayı artırıldı - FƏRMAN

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanla Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların siyahısına əlavə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı