Hələ qədim zamanlardan yemişan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. İnsan orqanizminə bir çox faydaları olan yemişan Çin təbabətində də geniş yayılıb.
Metbuat.az xarici mediaya istinadən yemişanın faydalarını təqdim edir:
- Yemişan tərkibindəki antioksidant tərkibi ilə sərbəst radikalları bədəndən çıxarır
- İmmunitet sistemini gücləndirir
- Xərçəngin yaranmasının qarşısını alır
- İnfeksiyanın qarşısını alır
- Bədəni diabet və astma kimi xroniki iltihablardan qoruyur
- Böyrək daşlarının əmələ gəlməsinin qarşısını ala bilər
- Sakitləşdirici təsiri ilə sinir sistemini sakitləşdirir
- Beyin funksiyalarını gücləndirir
- Erkən qocalma əlamətlərinin və dərinin deformasiyasının qarşısını alır