Zaqatalada baş verən qəza nəticəsində ölənlərin sayı artdı

Zaqatalada iki avtomobilin toqquşması nəticəsində ölənlərin sayı artıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, Yuxarı Tala kəndi ərazisində “VAZ-21013” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

18:29

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var.

Metbuat.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun rayonun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 21013” markalı minik avtomobili Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcında dayanan “Chevrolet Niva” markalı minik avtomobilinə dəyib. Daha sonra hər iki avtomobil zərbənin gücündən ərazidə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin dəmirdən hazırlanmış giriş qapılarına çırpılıb.

"VAZ 21013" markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər. Yaralılardan Z.Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı