Sosial şəbəkələrdə soyunan müəssisə direktoru saxlanıldı - FOTO

Sosial şəbəkələrdə qeyri-etik görüntülər yayan “Qayğı-1” kiçik müəssisəsinin direktoru Fəxrəddin Əskərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş, 1954-cü il təvəllüdlü, “Qayğı-1” kiçik müəssisəsinin direktoru F. Əskərov Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının müraciəti əsasında polisə dəvət edilib. Məlum olub ki, Əskərov Fəxrəddin Sultan oğlu sosial şəbəkələrdə qeyri-etik görüntülər yaymaqla vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib.

Polis əməkdaşları tərəfindən saxlanılan Əskərov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Qeyd edək ki, F.Əskərov sosial şəbəkədə özünün çılpaq videosunu yayaraq orada qeyri-etik ifadələrlə işçilərini təhqir və təhdid edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı