Bakıda ağır yol qəzası baş verib.
Metbuat.az xəbər verir ki, mayın 17-si Qaradağ rayonu Lökbatan-Xocasən yolunda “Toyota Prius” markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə “Prius”da olan sərnişin 1988-ci il təvəllüdlü Namiq Məmməd oğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobilin sürücüsü Anar Qubadzadə və digər 2 sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, qəzaya düşən minik avtomobili taksi fəaliyyəti ilə məşğul olurmuş.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.