Mourinyo Türkiyə klubundan bu qədər məvacib tələb etdi

"Beşiktaş" rəhbərliyi ilə Joze Mourinyo arasında baş tutan görüşün pərdəarxası üzə çıxıb.

Metbuat.az xəbər verir ki, "Beşiktaş" rəhbərliyinin Joze Mourinyo ilə oteldə görüşdüyü və portuqaliyalı çalışdırıcıya baş məşqçilik təklif etdiyi qeyd edilib. “Sabah” qəzetinin xəbərinə görə, portuqaliyalı məşqçi yeni reklam çarxı üçün İstanbula gəlib. Bunu eşidən Beşiktaş rəhbərliyi menecer Jorge Mendes vasitəsilə görüş təşkil edib. Görüşdə məşqçiyə komandanın vəziyyəti, transfer büdcəsi və gələcək planları haqqında məlumat verilib. Bu görüşdən sonra “Beşiktaş” nümayəndəsi İtaliyaya gedib və yenidən Mourinyo ilə danışıqlar aparıb. Joze Mourinyo “Beşiktaş”ı rədd etməyib, lakin digər klublardan da müraciətlərin olduğunu bildirib.

Qeyd olunub ki, portuqaliyalı çalışdırıcı özü üçün 5 milyon avro, köməkçiləri üçün də 2 milyon avro təklif olunacağı təqdirdə razılıq verə biləcəyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı