Saç tökülməsinin qarşısını alan bitkilər

Saç tökülməsi hər gün tez-tez rastlaşdığımız çox ciddi problemlərdən biridir. Bir neçə bitki var ki, sağ tökülməsinə qarşı istifadə olunur.

Metbuat.az xarici mediaya istinadən həmin bitkiləri təqdim edir:

Sarımsaq müxtəlif saç problemləri üçün təsirli bitki müalicəsidir. Qara sarımsaq yağında olan vitaminlər saçları kökündən qidalandıraraq, saçları gücləndirir və uzunluğunu artırır. Davamlı istifadə ilə sarımsaq yağı baş dərisini nəmləndirir, daha sağlam edir.

Aloe vera uzun müddət saç tökülməsini müalicə etmək üçün istifadə edilmişdir. O, həmçinin baş dərisini sakitləşdirir və saçları yaxşılaşdırır. Saç tökülməsinin və kəpəyin qarşısının alır.

Hindistan cevizi yağında saç şaftına nüfuz edən və saç zülalının tökülməsini azaldan yağ turşuları var. Hindistancevizi yağı saçın növündən asılı olaraq saçları yumadan əvvəl və ya sonra istifadə edilə bilər.

Saçların keyfiyyətini yaxşılaşdıran və böyüməsinə kömək edən limon yağı, baş dərinizin qorunmasında və sağlam qalmasında da rol oynaya bilər. Limon sayəsində saç tökülməsini azaltmaq mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı