Benzema ​"Fənərbaxça"ya doğru

"Fənərbaxça" Əl İttihad"dan yarılmaq istəyən Kərim Benzema ilə müqavilə imzalaya bilər.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın hücumçuları Dzeko və Batshuayi klubu tərk edə bilər. Buna görə də, “Fənərbaxça” diqqəti daha çox hücum xəttinə yetirib. Məlumata görə, Benzema ilə bir sıra klublar maraqlanır. Onların arasında “Fənərbaxça”da var. Tərfələr arasında danışıqların aparıldığı irəli sürülür.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Liqasında 21 oyuna çıxan Kərim Benzema 9 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib. Futbolçunun hazırda zədə problemi var, lakin onun qısa müddətdə tam hazır olacağı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR