İran hadisənin səbəbləri barədə ilk hesabatını yaydı

İran Silahlı Qüvvələrinin Baş Qərargahı göyərtəsində İran Prezidenti Seyid İbrahim Rəisinin də olduğu təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qəzaya uğrayan helikopterin gövdəsində güllə izlərinə rast gəlinməyib.

Vurğulanıb ki, İran Prezidentinin olduğu helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb.

Hesabatda deyilir ki, helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA aşkarlayıb. Helikopter qəzası ilə bağlı sənəd və sübutların əhəmiyyətli bir hissəsi toplanıb və onların araşdırılması üçün daha çox vaxt lazımdır.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub.

Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı