Qvardioladan Ardaya xoş sözlər - Bu ulduzu əvəzləyə bilər

"Real"ın türk ulduzu Arda Gülər barədə bu dəfə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola xoş sözlər deyib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Qvardiola Ardanın istedadlı futbolçu olduğunu bildirib:

"Əgər "Real Madrid" bu uşağı tez-tez oynatsa, o, qarşısıalınmaz olacaq. O, çox yaxşıdır".

Eyni zamanda Arda Gülərin Mançester təmsilçisindən ayrılacağı gözlənilən Bernardo Silvaya əla alternativ olacağı vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR