"Bir nəfər də qadın icra başçısı yoxdur" - Deputat

“İşsizlik, digər sosial problemlər imkan vermir ki, gənclər ailə qursun”.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirib.

“Evlənmə yaşı 30-35-dən yuxarı qalxıb. Boşananların sayı isə sürətlə artır. Selektiv abortların artması gələcək üçün ciddi təhlükə yaratmaqdadır. Abortların 27% artması çox ciddi mesajlar verir. Digər tərəfdən qadınlarımız müxtəlif bürokratik əngəllər qarşısında durmaq istəmirlər. Böyük əksəriyyət qadınlar kişilərin çəkdiyi əzabı dövlət qurumları qarşısında çəkməyə maraqlı deyillər, gücləri çatmır, xarakterləri imkan vermir. Bir nəfər də olsun qadın icra başçımız yoxdur. Əslində, 10-15 qadın icra başçımız olmalı idi”, - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı