Şuşada "ASAN xidmət" nə vaxt açılacaq? - AÇIQLAMA

"Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə yeni “ASAN xidmət” mərkəzlərinin inşası əas prioritetdir. Ən qısa zamanda Şuşada "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır".

Bu sözləri Metbuat.az-a açıqlamasında "ASAN Xidmət"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, aparılan təhlillər, proqnozlaşdırılan müraciət sayı, əhali sıxlığı nəzərə alınaraq, Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyən edilib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR