Premyer Liqada gümüş və bürünc savaşı

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu turuna start veriləcək.

Metbuat.az xəbər verir ki, XXXVI turun ilk günündə üç oyun baş tutacaq.

Bürünc və gümüş mükafatlar uğrunda mübarizə aparan komandaların iştirakı ilə keçiriləcək görüşlər eyni vaxtda başlayacaq. Ötən mövsümü ilk “üçlük”də başa vuran “Sabah”la “Neftçi” sonuncuların meydanında qarşılaşacaq.

Daha bir paytaxt derbisi Zirədə baş tutacaq. Eyniadlı komanda “Səbail”i qəbul edəcək. “Sumqayıt” isə Premyer Liqanı tərk edəcəyi öncədən rəsmiləşən “Qəbələ” ilə üz-üzə gələcək.

Qeyd edək ki, mövsümə sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXXVI tur
25 may (şənbə)

19:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu

19:00. “Neftçi” – “Sabah”
“Neftçi Arena”

19:00. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı