Bu yeməkləri çörəklə yemək qəti olmaz

Çörək faydalı qida olsa da, hər yemək çörəklə yeyilməli deyil.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu sağlam qidalanma üzrə ekspert Tatyana Meşeryakova deyib.

Onun sözlərinə görə, ağ undan hazırlanmış çörək zülal tərkibli qidaların həzminə çətinlik yaradır. Eyni zamanda, ət, balıq və toyuğu həzm etmək mədə üçün çətindir, onlarla yanaşı lif qəbul etmək lazımdır. Çörəyin tərkibində isə lif yoxdur, əskinə, karbohidrat və nişasta ət məhsullarının həzmini daha da çətinləşdirir.

Həmçinin, südlə xəmir, un məmulatı qəbul etmək olmaz.

Ekspert qeyd edib ki, çörəyi daha çox tərəvəzlərlə, salat və şorbalarla qəbul etmək uyğundur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı