​Göyçayda ağır yol qəzası: Xəsarət alanlar var - FOTO

Hadisə Göyçay-Ucar avtomobil yolunun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

Metbuat.az xəbər verir ki, hərəkət etməkdə olan "Volkswagen Touareg" markalı 99 GR 398 nömrəli avtomobil qarşı tərəfdən gələn "VAZ-2110" markalı 23 BL 837 nömrəli maşınla toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev, Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR