Ərdoğanın sədrlik etdiyi iclasda sülh prosesi müzakirə olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası başa çatıb.

Metbuat.az xəbər verir ki, iclasdan sonra yayımlanan bəyanatda Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur. Sənəddə Türkiyənin daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstəyi bir daha ifadə olunub. Bununla yanaşı, bəyanatda terrorla mübarizədə hökumətin sonadək bütün lazımi addımları atacağı qeyd edilib.

Həmçinin, süni intellekt sahəsində əldə edilən irəliləyişin kiberməkanda yeni təhlükələr yaratdığına diqqət çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı