"Mbappe və Haaland kimi futbolçuları əmrinə verək" - Mourinyoya fantastik təklif

"Fənərbaxça"nın gündəmində olan Joze Mourinyo Səudiyyə Ərəbistanının “Əl-Qadsiah” klubuna gedə bilər.

Metbuat.az xəbər verir ki, iddialara görə, klub təklifi qəbul edəcəyi təqdirdə Mourinyoya Mbappe, Haaland kimi futbolçularla işləmək fürsəti verməyə hazır olduğunu bildirib. Səudiyyə Ərəbistanı Pro Liqasının baş futbol meneceri Maykl Emenalo bununla bağlı İngiltərənin "The Telegraph" qəzetinə diqqətçəkən açıqlamalar verib. O bildirib ki, Mourinyonun Səudiyyə Ərəbistanına transferi mümkün olsa da hələlik razılıq yoxdur. Onun sözlərinə görə, Mourinyonun transferi üçün əvvəlcə şərtlər uyğun olmalıdır.

Emenalo Mbappe və Haaland ilə müqavilə imzalamaq imkanı ilə bağlı suala “Beynəlxalq ulduzla müqavilə bağlamaq fürsəti yarananda, biz bunu gecikdirməyəcəyik. Onları Səudiyyə Ərəbistanı Liqasına cəlb etmək üçün lazım olan addımları atacağıq” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR