Bank kartlarından oğurluq edən şəxs saxlanıldı

Bakıda 7 nəfərin bank kartından 300, 900, 50, 320, 125, 338 və 100 manat oğurlamaqda şübhəli şəxs saxlanılıb.

Metbuat.az bildirir ki, DİN-in məlumatına görə, 21 yaşlı Raqif Məmmədov eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb. O, “Tik-Tok”-da vətəndaşları aldadaraq onlara məxsus şəxsi məlumatları ələ keçirdikdən sonra bank kartlarına müdaxilə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı