Qarpız yeməyə getdim, yerimə işıqçını çəkdilər - Xalq artisti

Xalq artisti Rasim Balayev "Nəsimi" filmi ilə bağlı yeni məqamları ilk dəfə açıqlayıb.

Metbuat.az bildirir ki, aktyor bununla bağlı "Zarafat bir yana" verilişində danışıb. Rasim Balayev deyib ki, Nəsiminin dərisinin soyulduğu səhnədə özü yox, işıqçı oynayıb:

"50 dərəcə isti idi. Dedilər ki, bazara qarpız gətiriblər. Yığışdıq getdik qarpız yeməyə. "Nəsimi" filminin rejissoru Həsən Seyidbəylinin şəkər xəstəliyi vardı. Səbirsiz insan idi. Soruşmuşdu ki, Rasim Balayev haradadır? Demişdilər ki, gedib bazara, qarpız yeməyə. Rəhmətlik Rasim İsmayılov görüb ki, Həsən hirslənir. Deyib ki, problem deyil, işıqçı Rüstəm var. Onun ayağını qoyub çəkərik. Filmə elə onun da ayağını çəkiblər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı