Azərbaycan millisi Türkiyəyə məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Metbuat.az xəbər verir ki, B Liqasının I qrupunda Türkiyə seçməsi ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.

"Ərzincan 13 Şubat" şəhər stadionunda baş tutan matçda yeganə qolu 43-cü dəqiqədə Ebru Topcu komandamızın qapısından keçirib.

Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub.Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrupda sonuncu - dördüncü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR