Azərbaycanlı aparıcı səfir təyin olunur? - FOTO

Azərbaycanəsilli rusiyalı releaparıcı, NTV telekanalının ulduzu İradə Zeynalova Rusiyanın Mavrikiydəki səfiri ola bilər.

Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Brief" öz mənbələrinə istinadən yazıb.

Nəşr xatırladıb ki, Zeynalova 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirəcək.

Teleaparıcı NTV-də "Həftənin nəticələri" verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda "Vremya" proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstətib.

2021-ci ildə Zeynalova "təbliğat fəaliyyətinə" görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı