Hər gün 30 dəqiqə müntəzəm olaraq gəzmək ürək-damar xəstəlikləri riskini azaldır. Eyni zamanda 30-45 dəqiqəlik sürətlə yerimək arıqlama prosesini asanlaşdırır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hər gün 30-40 dəqiqə gəzməyin bir sıra faydaları var.
- Koqnitiv pozğunluq riskini azaldır
- Hərəkətliliyi artırır və bədənin hazırlığını yaxşılaşdırır
- Daimi gəzinti qan təzyiqini tarazlaşdırır və ürək-damar xəstəlikləri riskini azaldır
- Araşdırmalara görə həftədə ən az 3 gün nizamlı gəzən qadınlarda ürək xəstəliyi riski azalır.
- Sümükləri gücləndirir və onurğanın sağlamlığını dəstəkləyir
- Oynaq ağrılarını və iltihabı azaldır
- Əzələlərin rahatlamasına imkan verir
- Depressiya əlamətlərini azaltdığı üçün insanın özünü daha xoşbəxt və enerjili hiss etməsinə kömək edir
- Böyük əzələ qruplarını işlətdiyi üçün yağ yandırılmasını sürətləndirir
- Həzm sistemini tənzimləyir və qəbizliyə yaxşı gəlir
- Gəzinti qan şəkərini balanslaşdırmağa kömək etdiyi üçün diabet riskini azaldır
- Ağciyərlərdə oksigen dövranını artıraraq yuxarı tənəffüs yollarının daha yaxşı işləməsinə kömək edir.