Məktəbdə şagirdin başına iş gəldi - Su dolu butulka ilə...

Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı orta məktəbin 7-ci sinif şagirdi Şakir Cəfərzadə dərs zamanı kəllə-beyin travması alıb.

Metbuat.az bildirir ki, bu barədə Qaynarinfo-ya Şakir Cəfərzadənin nənəsi Zöhrə Dadaşova bildirib.

Onun sözlərinə görə, həmin vaxt müəllim sinifdə olmayıb. Şakir Cəfərzadənin sinif yoldaşı butulka ilə onun başına zərbə endirib.

"Hadisə mayın 27-si baş verib. Sistem dərsi olub. Müəllim sinifdə olmayıb. Şakirin sinif yoldaşı onun başına içi su dolu butulka ilə iki dəfə zərbə endirib. Biz bunu bir neçə gün sonra bilmişik. Şakir evə gələndə gözləri qızarmışdı. Yemək yemədi, dedi iştaham yoxdur. Uzandı yatdı və o gündən yataq xəstəsi olub. Elə bildik soyuqdəymədir. Amma sonradan məlum oldu ki, başına zərbə dəyib və travma alıb. İndi burnundan qan gəlir, yemək yeyə bilmir, nə yeyir qaytarır. Tez-tez təzyiqi qalxır”, deyə Zöhrə Dadaşova bildirib.

Şakir Cəfərzadənin nənəsi və anası baş vermiş hadisəyə görə məktəb rəhbərliyini ittiham edir.

"Müəllim dərsdə olmayıb. Bundan başqa, uşaq dərsə getmir. Maraqlanan yoxdur ki, bu uşaq haradadır. Bəlkə elə mən dərsə göndərirəm, o getmir. Bir soruşsunlar da, sizin uşağa nə olub, niyə dərsə gəlmir?”, Şakir Cəfərzadənin nənəsi bildirib.

Şagirdin anası isə qeyd edib ki, onun övladını müalicə etdirməyə imkanı yoxdur: "Özüm onkoloji xəstəyəm. Yoldaşımdan ayrılmışam. Xəstə ola-ola işləmək məcburiyyətindəyəm. Amma aldığım maaş heç dolaşınığımıza yetmir. Ona görə də bu hadisəni törədən, bu hadisədə günahkar olanlar balamı zəhmət çəkib balamı sağaltsınlar”.

Qaynarinfo məsələ ilə əlaqədar 262 saylı orta məktəblə əlaqə saxlayıb. Oradan isə rəhbərliyin iclasda olduğu bildirilib. Sonrakı zənglərə isə cavab verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR