Yerli radiokanalların ölkə üzrə yayımı təmin ediləcək

Azərbaycanda yayımmalan radio kanallarının ölkə üzrə əlçatanlığı təmin ediləcək.

Metbuat.az-ın məlumatına görə, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib.

O bildirib ki, 2023-cü ildən şura Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihənin icrasına başlanıb. Bu ilin sonuna qədər Azərbaycandakı radio kanallarının ölkə üzrə yayımlanması 95-98 faiz mümkün olacaq.

Hazırda bu istiqamətdə işlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR