Bakıda temperatur yüksəlir

İyunun 6-7-də Azərbaycanda müşahidə ediləcək maksimal hava temperaturu açıqlanıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sözügedən tarixlərdə havanın maksimal temperaturunun 31-36°, bəzi yerlərdə 38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın maksimal temperaturunun Naxçıvan MR və aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°isti, dağlıq rayonlarda 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR