Bu kollecdə təhsil yalnız əyani olacaq - AÇIQLAMA

“Hazırda 2024-2025-ci tədris ili üzrə əlavə təhsillə qeydiyyat aktivləşdirilib. Qeydiyyat prosesi 1 ay davam edəcək. Əcnəbi vətəndaşların qeydiyyatı iyunun 15-dən sentyabrın 15-dək aparılacaq”.

Metbuat.az-ın məlumatına görə, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böyük mütəxəssisi Xanım Məmmədova deyib.

O bildirib ki, bütün tibb kolleclərində təhsil əyani formada həyata keçiriləcək:

“Əlavə təhsilə qəbul olunacaq tələblər kollecin mövcud maddi texniki bazası əsasında formalaşdırılır. Kollecdə əlavə təhsil prosesinin aparılması həftənin beş günü təsdiq edilmiş cədvəllər əsasında həyata keçirilir. Əlavə təhsilə müraciət edən vətəndaşların müraciəti zamanı onların diplomları müşahidə komissiyasında yoxlamadan keçirilir. Bu zaman həmin şəxsin birinci yoxsa ikinci kursda oxumasına qərar verilir. Əgər ciddi fənn fərqi yaranmasa tələbələr iki il, zərurət yaranarsa üç il müddətinə təhsil alacaqlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı