Qərbin “binokl siyasəti”: İrəvanın güvəndikləri regionda risk yaradır

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin maraqlı açıqlama verib.

O bildirib ki, Aİ-nin monitorinq missiyası Ermənistan ərazisində Rusiya, Azərbaycan və İrana qarşı kəşfiyyat məlumatı toplayır. Qaluzin hesab edir ki, İrəvanın Aİ missiyasına güvənməsi hadisələrin inkişafına böyük təsir etsə də, KTMT vasitəsilə riskləri qabaqlamaq mümkün ola bilərdi.

Bəs, nə üçün İrəvan onun dövlət sərhədlərini qorumayan Aİ missiyasına hələ də etibar edir?

Metbuat.az-ın sualını cavablandıran Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, regionda baş verən hadisələrə kənar aktorların cəlb edilməsinin hansı fəsadlar törətdiyini Cənubi Qafqaz ölkələri daha yaxşı bilir:

"Olduğum dairələrdə heç bir qayda pozuntusuna şahid olmadım" -

“Ermənistan Avropa İttifaqının müşahidə missiyasını sərhədlərimizə yerləşdirməklə yanlış addım atıb. 30 ildir ki bölgədə mövcud olmaq marağı iri dövlətləri rahat buraxmır. Ona görə də, uzun illər davam edən münaqişənin sona çatdığı bir vaxtda Avropa İttifaqının “mülki” müşahidə missiyasını bura dəvət etmək Ermənistanın məqsədinin heç də sülh olmadığını ortaya qoyur. Halbuki, Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur, 44 günlük müharibədə qələbə qazanmasına baxmayaraq məğlub tərəfin sərhədini pozmayıb, əksinə bütün imkanları ilə sülh müqaviləsinin imzalanmasına çalışır”.

Deputat bildirib ki, İrəvan Aİ missiyasına güvənməklə qarşıdurma risklərini artıra bilər:

“Ermənistanla Azərbaycan arasında nə qədər ki, sülh müqabiləsi imzalanmayıb, müharibə ehtimalı da yox deyil. Ermənistan çox zəifdir, müharibə aparacaq gücdə deyil, amma vassal ölkədir və kənar qüvvələrin öz ərazilərində hərəkətlərinə nəzarət etmək imkanı yoxdur. Məhz bunun məntiqi nəticəsidir ki, Avropa İttifaqının Ermənistandakı missiyası region ölkələrinə - Rusiya, İran və Azərbaycana qarşı casusluq fəaliyyəti aparır. Bunu hər üç ölkənin xüsusi xidmət orqanları da təsdiq edə bilərlər. Ümumiyyətlə, Aİ-nin missiyası Ermənistan sərhədlərinin qorumaq deyil”.

Aydın Hüseynov qeyd edib ki, Cənubi Qafqazın problemlərini regionu ümumi ev hesab edənlər həll etməlidir. Lakin həmin ölkələrin arasında nə ABŞ, nə Fransa, nə də Avropa İttifaqı ölkələrinin adı yoxdur:

“İrəvanın başqa qüvvələri regiona gətirməsi səmərəsiz addımdır. Qərbin Cənubi Qafqazdakı maraqları Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və sabit sülhün təmin edilməsi deyil. Əksinə, təxminən otuz il ərzində apardığı işğalçılıq siyasəti ilə regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan postmüharibə mərhələsində də özünün pozuculuq əməllərini dayandırmaq istəmir. Ermənistanın siyasi rəhbərliyinin “xeyir-dua”sı ilə Avropa İttifaqının bu ölkədə “lövbər” salan missiyası isə bütün region dövlətləri üçün yeni təhdid mənbəyi hesab olunur. “Mülki” adlandırılan bu missiya, əslində ayrı-ayrı Qərb dövlətlərinin hərbiləşdirilmiş strukturlarının sabiq və indiki təmsilçilərindən formalaşdırılıb və onun şübhəli fəaliyyəti, o cümlədən də “binokl siyasəti” çoxsaylı suallar doğurur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı