Mourinyo həmyerlisini istəyir

"Fənərbaxça" ötən mövsüm "Atletiko Madrid"dən "Barselona"ya icarəyə verilən Joao Feliksi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Barselona" futbolçunu göndərmək istəmir. Portuqaliyalı ulduz karyerasını ilk 11-likdə olacağı komandada davam etdirmək istəyir. “Fənərbaxça”nın Feliksi transfer edə bilməsi üçün bir neçə əsası var. Mourinyonun Feliksin həm yerlisi olmaqla yanaşı, məşqçinin meneceri olan Jorje Mendeş Feliksin də meneceridir. Bildirilir ki, “Atletiko Madrid” Feliksi heyətdə düşünmür.

Qeyd edək ki, ötən mövsüm “Barselona”da 44 oyuna çıxan Feliks 10 qol vurub və 6 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR