Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkətini əks etdirən görüntülər yayılıb.
Metbuat.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən edilərək Bakı şəhərində saxlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.