COP29-a hazırlıq istiqamətində çox gərgin iş gedir - Nazir

COP29-a hazırlıq prosesi davam edir, bu istiqamətdə çox gərgin iş gedir.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29-un müəyyən olunmuş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həm danışıqlar prosesi, həm də tədbirin keçirilməsi ilə bağlı müvafiq hazırlıq işləri böyük proqram çərçivəsində icra olunur:

    "İqlim, təbiətin mühafizəsi ilə bağlı keçirilən tədbirlər COP29 və "Yaşıl Dünya naminə Həmrəylik İli"nə öz töhfəsini verir".

    Muxtar Babayev xüsusiləşmiş bir fondun yaradılmasına ehtiyacın olması və səmərəliliyi barədə sualı cavablandırarkən deyib ki, bu məsələlərlə məşğul olan, iqlim dəyişiklərindən gələn risklərin qarşısını almaq üçün dünyada böyük fondlar çalışırlar:

    "Həmin fondlara əlavə vəsaitlərin cəlb olunması COP29-un əsas prioritetlərindəndir".


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı