Cevdet Yılmaz və Hikmət Hacıyev ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında bildirib.

“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, - C. Yılmaz qeyd edib.

Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı