Boy artımına yardım edən 3 qida

Son illərdə gənc nəslin ən böyük problemlərindən biri də boy qısalığıdır. Boy artımı adətən yetkinlik yaşdan bir neçə il sonra başa çatır. Bunun üçün xüsusilə uşaqlıq və gənclik dövründə balanslaşdırılmış qidalanma ilə boyu uzatmaq mümkündür.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, boy uzadan qidalar arasında süd və süd məhsulları, yumurta, tərəvəzlər və meyvələr, küncüt, soya, balıq , qoz-fındıq ilk sırada gəlir.

Yumurta böyümə və inkişaf üçün vacib olan bir çox qidanı ehtiva edir. Xüsusilə zülal və D vitamini ilə zəngin olan yumurtanın tərkibində bir neçə vacib mikroelement var.

Uşaqların qidalanmasında südün xüsusi əhəmiyyəti var. Gündə 2 stəkan (400-500 ml) süd içmək uşağınızın boy artımını müsbət şəkildə dəstəkləyir və sümüklərini gücləndirir.

Brokoli boyu uzadan tərəvəzlərdən biridir. Brokoli həm immuniteti gücləndirir, həm də boy artımını dəstəkləyir.

Küncüt ən çox kalsium ehtiva edən qidadır. Bununla belə, yüksək yağ tərkibinə görə, az istifadə edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı