“VAZ 2107” yük maşını ilə toqquşdu, sürücü öldü - FOTO

Göyçayda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb. Belə ki, yolun kənarında dayanmış vəziyyətdə olan Qarabaqqal kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Şahverdiyə məxsus “ZİL” markalı su daşıyan avtomobillə həmin yolda hərəkətdə olan rayonun Bığır kənd sakini, 2002-ci il təvəllüdlü Tahir Cəlilovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 2107" markalı avtomaşın yolun kənarında olan su arxına düşüb. Hadisə nəticəsində VAZ-ın sürücüsü hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR