"Barselona"nı ərəblər xilas edəcək - 6 futbolçunu birdən istəyirlər

Səudiyyə Ərəbistanı klubları yeni transfer hərəkatı üçün işlərə başlayıb.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarının transfer siyashısında “Barselona”nın 6 ulduz futbolçusu da var. “Mundo Deportivo”nun xəbərinə görə, “Əl-İttihad” Jules Koundeni transfer etmək istəsə də, futbolçunun “Barselona”da xoşbəxt olması və klubun fransız futbolçuya güvənməsi transferi çətinləşdirən amillərdəndir. Digər müdafiəçi isə ötən mövsümü “Aston Villa”da keçirmiş Klement Lenqletdir. Fransız futbolçu ötən mövsüm Səudiyyə Ərəbistanına getməkdən imtina etsə də, onun transferi yenidən nəzərdən keçirilir.

Ötən mövsüm, ərəb komandaları Rafinhanı transfer etmək istəsə də, futbolçunun ailəsi Barselonada xoşbəxt olduğu üçün təklifi rədd etmişdi. Bu mövsüm braziliyalı futbolçu üçün 100 milyonluq büdcə ayrıldığı iddia edilir. Rafinha ilə yanaşı, Joao Feliks də ötən mövsüm “Əl-Hilal”ın transfer siyahısında idi. Lakin onun “Barselona”ya icarəyə verilməsi transferi təxirə saldı. Portuqaliyalı oyunçu yenidən “Barselona” ilə razılıq əldə olunmasa Səudiyyə Ərəbistanına gedə bilər. “Əl-İttihad” alman qolkiper Mark ter Ştegeni də transfer etməyə çalışır. Lakin ulduz futbolçu komandadan ayrılmağı planlaşdırmır. Səudiyyə Ərəbistanı komandalarının transfer siyahısının ilk sırasında isə Robert Levandovski var. Onun üçün 100 milyon avrodan çox təkliflərin olduğu irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı