Bu vergini kreditlə ödəmək olacaq - YENİLİK

Azərbaycanda bəzən kiçik sahibkarlar özləri də bilmədən əlavə dəyər vergisi (ƏDV) ilə bağlı limiti keçir və İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidməti onları cərimələyir, həmçinin fəaliyyətini dayandırır.

Metbuat.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Təklif edirəm ki, kiçik sahibkarlara tətbiq edilən cərimələr aylara bölünsün, onlar vergi ilə yanaşı cərimələri də ödəyə bilsin. Sahibkar fəaliyyət göstərmirsə, cəriməni necə ödəyəcək?", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı