İnfarktdan ölən direktorla bağlı rəsmi açıqlama - YENİLƏNİB

Lənkəran-Astara Regional Təhsil İdarəsi Heybət Xaliq oğlu İsmayılovun vəfatı ilə bağlı yayılan iddiaya münasibət bildirib.

Metbuat.az xəbər verir ki, idarədən sorğuya cavab olaraq məlumatın həqiqəti əks etdirmədiyi bildirilib:

“Rəqəm şişirdilir. Ümumilikdə 12 müəllim imtahan verib, 10-u kəsilib. Direktorun səhhətində isə problem olub. Həmin gün də ürək tutmasından dünyasını dəyişib”.


***

12:54

Lənkəran rayonu Kərgəlan kənd tam orta məktəbinin direktoru Heybət Xaliq oğlu İsmayılovun vəfatı ilə bağlı sensasion iddia yayılıb.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddiya görə, Heybət İsmayılov rəhbəri olduğu təhsil müəssisəsinin 18 müəlliminin imtahandan keçməməsinə görə infarkt keçirərək, həyatını itirib.

Qeyd edək ki, H.İsmayılov 10 iyun gecə saatlarında dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı