Rublun taleyi ilə bağlı yeni xəbər: "Əgər bu baş verərsə..."

“Hazırda yeni qlobal maliyyə böhranı ehtimalı gözlənilir. Əgər bu baş verərsə, Rusiyada milli valyutanın çökməsi ehtimalı kəskin şəkildə artacaq”.

Metbuat.az xəbər verir ki, bunu fond bazarı üzrə ekspert Dmitri Babin deyib. Analitikin hesablamalarına görə, ən pis ssenari reallaşarsa, Rusiyanın milli valyutası bir dollar üçün 120 rubla qədər ucuzlaşa bilər.

“Bu, əsasən əmtəə qiymətlərinin düşməsi nəticəsində baş verəcək. Yeni böhran geosiyasi vəziyyəti pisləşdirə və daha sərt anti-Rusiya sanksiyalarına səbəb ola bilər. Belə ssenarilər reallaşarsa, dollar rubla nisbətdə tarixi maksimumunu yeniləyə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı