Bu ölkələr Ukrayna ilə bağlı imzalarını geri çəkdilər

İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin siyahısı azalıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında dərc olunmuş siyahıdan məlum olub.

Siyahıya görə, İraq və İordaniya artıq imzalayanlar sırasında yoxdur. Beləliklə, imzalayanların sayı 80-dən 78-ə, imzalamayan ölkələrin sayı isə 15 olub.

İraq və İordaniyanın niyə imzalarını geri çəkməsinin səbəbi bəlli deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı