Ulduz futbolçu "Real"dan ayrılmağa qərar verdi

Ötən mövsüm “Real Madrid”dəki uğurlu oyunu ilə diqqət çəkən qapıçı Andriy Lunin klubdan ayrılmaq istəyir.

Metbuat.az xəbər verir ki, zədəsini sağaldaraq heyətə qayıdan Kurtua əsas qapıçı olduğu üçün Lunin başqa kluba keçmək istəyir.

İspaniya mətbuatında yer alan xəbərə görə, Luninə 5 illik yeni müqavilə təklif edilsə də, o, "Real Madrid"də qalmaqda maraqlı deyil. Xəbərdə Luninin baş məşqçi Karlo Ançelotti ilə yaxşı münasibəti olsa da, növbəti mövsümdə çox oyun keçirə bilməyəcəyini düşündüyü üçün komandadan ayrılmaq istədiyi deyilir.

Ukraynalı qolkiperlə “Arsenal” klubu da daxil olmaqla bir sıra klubların maraqlandığı bildirilib. Ötən mövsümdə 31 dəfə "Real Madrid"in qapısını qoruyan Lunin 32 qol buraxıb, 12 matçda qol buraxmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı