AVRO-2024: Bu gün Türkiyə-Portuqaliya matçı var

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun görüşləri başa çatacaq.

Metbuat.az xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Gürcüstan və Çexiya milliləri arasında baş tutacaq.

Gürcüstanlılar F qrupunun ilk matçında Türkiyəyə (1:3), çexiyalılar isə Portuqaliyaya (1:2) məğlub olublar.

Bu qrupun digər oyununda, Dortmund şəhərində qardaş ölkə Türkiyə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Hesabında 3 xal olan kollektivlərdən biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək.

Günün son qarşılaşması isə Köln şəhərində gerçəkləşəcək. Belçika və Rumıniya komandalarının oyunundan sonra E qrupu da daxil olmaqla, II turun görüşləri başa çatacaq.

Qeyd edək ki, Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub. Rumıniya isə Ukraynanı üstələyib - 3:0.

AVRO-2024

22 iyun

II tur

F qrupu

17:00. Gürcüstan - Çexiya

Baş hakim: Daniel Zibert (Almaniya).

Hamburq, “Folksparkştadion”.

20:00. Türkiyə - Portuqaliya

Baş hakim: Feliks Şvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park".

E qrupu

23:00. Belçika - Rumıniya

Baş hakim: Şimon Marçinyak (Polşa).

Köln, “Reyn Enerqi” stadionu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı