Gəncənin yeni baş memarı o oldu

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar vəzifəsinə Həsənzadə Elvin Kamran oğlu təyin edilib.

Qeyd edək ki, E.Həsənzadə bu təyinatadək Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı