Şahruddin Türkiyə klubundan ayrıldı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini birtərəfli olaraq pozub.

Ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçən Ş.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.

O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı