Liftdə xəsarət alanlarla bağlı TƏBİB-dən açıqlama

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında yerləşən binada lift qırılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nemətulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub:

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) xəsarət alıb.

Onlardan iki nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər bir nəfər isə əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil qiymətləndirilir. Digər 2 nəfər isə özəl tibb müəssisəsinə hospitalizasiya olunub".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı