Bu il Azərbaycanın sığorta bazarı böyüyüb

2024-ci ilin yanvar-may aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 13,6% artaraq 643.8 milyon manata çatıb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 57,5% artaraq 274.8 milyon manata yüksəlib.

      Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 5 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 30,7 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 42,7 manat olub.


      Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
      0552252950 (Whatsapp)

      BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

      Media Savadlılığı