"Beşiktaş" bir çox klubun arxasınca qaçdığı Rafa Silva ilə anlaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə məlumat klubun "X" hesabında paylaşılıb. Klubun vitse-prezidenti Hüseyn Yücel Portuqaliyanın paytaxtı Lissabona gedərək Rafa Silva və nümayəndələri ilə görüşüb. İki tərəf arasında aparılan danışıqlardan sonra razılıq əldə olunub.