Biz sonda qələbəyə layiq idik - Avstriya millisinin baş məşqçisi

Məncə, biz sonda qələbəyə layiq idik.

Metbuat.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Niderland yığmasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi futbolçulardan razı qaldığını bildirib: "Ümumilikdə qalib gəlmək üçün daha böyük iradəmiz və meydanda həddindən artıq enerji sərfiyyatımız var idi ki, bunu matçın hər mərhələsində hiss edə bilərdiniz. Buraxdığımız qollara əyilmədiyimizə, oyun üslubumuza sadiq qaldığımıza görə futbolçularıma təşəkkür edirəm".

Qeyd edək ki, Niderland - Avstriya matçı ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı