Ceyhun Bayramov İtaliya XİN başçısının müavini ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.

İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi məmnunluqla qeyd edilib, müdafiə sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi bildirilib.

Tərəflər həmçinin post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı