İrandakı seçkilərdə Səid Cəlili öndədir

İranda keçirilən növbədənkənar prezident seçkilərində 10,366 milyon səs (cəmi 61 milyon seçici) hesablanıb.

Metbuat.az bildirir ki, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib. Məlumata görə, hazırda Səid Cəlili öndədir.

Bildirilib ki, 28 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 4,266 milyon səs toplayıb, əvvəllər seçkilərdə lider olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkyana isə 4,244 milyon nəfər səs verib. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa seçicilərin 1,385 milyonu səs verib. Prezidentliyə dördüncü namizəd - Daxili İşlər və Ədliyyə Nazirliyinin sabiq rəhbəri - mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı