Sergen Yalçın təklifi qəbul etdi - Sürpriz seçim

Daha əvvəl adı “Neftçi” və "Beşiktaş"la hallanan Sergen Yalçın "Antalyaspor"dan ayrılandan sonra hələ də işsizdir.

Metbuat.az xəbər verir ki, Sergen Yalçın yeni təklif alıb. Türkiyə mediasının məlumatına görə, Sergen Yalçına Səudiyyə Ərəbistanından təklif gəlib. Bildirilir ki, məşqçi təklifi rədd etməyib və nəzərdən keçirir. Sergen Yalçının 1 illik müqavilə imzalamaq istədiyi irəli sürülür. Təklif göndərən Səudiyyə Ərəbistanı klubunun adı açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Sergen Yalçının adı “Neftçi” ilə hallanmış, məşqçi detalları müzakirə etmək üçün Azərbaycana gəlmişdi. Tərəflərin maddi məsələlərdə razılığa gələ bilmədiyi irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı