Qəzaya düşən Elxan Səmədovun son durumu açıqlandı

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu bəlli olub.

Metbuat.az Report-a istinadən bildirir ki, bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, PFL rəhbərinin ümumi vəziyyəti yaxşıdır: "Fizioterapiya mərhələləri dayanmadan davam edir. Hər şey qaydasındadır və istənilən kimi gedir. Artıq son mərhələ başlayıb. Müalicə davam edir. Konkret vaxt deyə bilməsəm də, düşünürük ki, çox qalmayıb".

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı